ABŞ dövlət katibi Mayk Pompeo ABŞ-ın Rusiyaya qarşı daha geniş sanksiyalar qəbul etməyi planlaşdırdığını bildirib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
“CAATSA çərçivəsində kifayət qədər çox sanksiyaların tətbiq edildiyini bilirəm, ancaq sanksiyaların ardı gələcək”, – deyə Pompeo bildirib.
O, konkret olaraq hansı ölçülərin nəzərdə tutulduğunu bildirməyib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyanın orta və kiçik mənzilli raketlərin istismardan çıxarılması haqqında müqaviləni pozduğuna görə Ağ Evə Moskvaya qarşı yeni sanksiyalar paketi hazırlamağı tapşırıb.