Pompeo: Suriyada yüzlərlə rusiyalı həlak olub

Pompeo: Suriyada yüzlərlə rusiyalı həlak olub

Baxış sayı: 3. 161 dəfə baxılıb.

ABŞ mərkəzi kəşfiyyat idarəsinin direktoru Mayk Pompeo Suriyada bu yaxınlarda yüzlərlə rusiyalının həlak olduğunu bəyan edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

“Suriyada bir neçə həftə əvvəl rusiyalılar layiqli düşmənlə üz-üzə gəldi və bir neçə yüz nəfər həlak oldu”,- deyə Pompeo ABŞ dövlət katibi postuna təyinatı ilə bağlı Senatda keçirilən dinləmədə bildirib.

Pompeo konkret olaraq hansı hadisəni nəzərdə tutduğunu aydınlaşdırmayıb. Habelə siyasi şərhçilər məxfi xidmət orqanı rəhbərinin fevralda ABŞ-ın hava zərbələri nəticəsində həlak olan rusiyalılara eyham vurduğunu hesab edir.

.
www.ÇıxışYolu.Com