ABŞ Dövlət katibi Mayk Pompeo Konqresdə ifadə verəcək.
ÇıxışYolu.Com “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Senatın beynəlxalq məsələlər komitəsinin sədri Bob Korker bildirib.
Senator dinləmələrin konkret tarixini açıqlamayıb, lakin bunun növbəti həftə baş tutacağını söyləyib.
Dövlət Departamenti sözügedən məlumatı şərh etməyib.
Daha öncə Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ştatlara 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə mümkün müdaxilə haqqında “rus işinin” tədqiqatında yardım təklif edib.
Cavabında Amerika prezidenti Donald Tramp bildirib ki, belə bir təklif “qəzəbli demokratları” qane etməyəcək.