8ea3419b-5993-4f7b-afd1-0c131e699cfb..jpg

Poqbanın dopinq testi müsbət çıxdı: Dörd il futboldan kənar qala bilər

Baxış sayı: 526 dəfə baxılıb.

Poqbanın dopinq testi müsbət çıxdı: Dörd il futboldan kənar qala bilər

Fransa millisi və “Yuventus” klubunun futbolçusu Pol Poqbanın “Udineze” ilə
İtaliya çempionatının ilk tur matçından sonra verdiyi dopinq testi müsbət
nəticə verib.

Görüş avqustun 20-də baş tutub və “Yuve”nin 3:0 hesablı qələbəsi ilə
yekunlaşıb.

Ümumdünya Antidopinq Agentliyinin məcəlləsinə əsasən, Poqbanı 4 illik cəza
gözləyir. Hazırda o, müvəqqəti olaraq klubun əsas heyətindən kənarlaşdırılıb.

Xatırladaq ki, futbolçunun 30 yaşı var. O, 2018-ci il dünya çempionu, 2016-cı
il Avropa çempionatının gümüş mükafatçısıdır. Poqba həm də Avropa Liqasının
qalibi (2017), 4 qat İtaliya çempionudur.

Mənbə: TASS

Source link