Pornoulduz Trampı məhkəməyə verdi

Pornoulduz Trampı məhkəməyə verdi

Baxış sayı: 9. 010 dəfə baxılıb.

Pornoulduz Steffani Klifford Donald Trampı məhkəməyə verib. 

ÇıxışYolu.Com-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu iddianın səbəbi Trampla əlaqə barədə informasiyanın açıqlanmaması haqqında bağladığı razılıq olub.

Böyüklər üçün kino ulduzu deyir ki,ondan fərqli olaraq, prezident razılığa qol çəkmədən onu öz vəkili Maykl Koenə yönləndirib. Aktrisa tələb edir ki, bu razılıq etibarsız elan olunsun. 

Klifford və Trampın 2006-2007-ci illərdə seksual əlaqələri olub. Bu məlumatın üzə çıxmaması üçün 2016-cı ildə prezident kampaniyasının qızğın vaxtında Koen pornoulduza 130 min dollar ödəyib. Daha sonra Ağ Ev bunun yalan məlumat olduğunu bildirib.

Bununla belə, 2011-ci ildə Klifford “In Touch Weekly” jurnalına milyarderlə yaşadığı seks barədə ətraflı məlumat verib: 

“Qeyri-adi heç nə baş vermədi, elə dərslikdəki kimi oldu. Hər şey bir pozada baş verirdi, elə onun yaşında olan bir insandan gözlənildiyi kimi”, – deyə pornoulduz qeyd edib.

Qeyd edək ki, fevralın 16-da keçmiş “Playboy” modeli olan Karen Makduqalın onun milyarder Donald Trampla sevgi əlaqəsindən xəbər verən əlyazması “New Yorker” jurnalında nəşr olunub.

ABŞ-ın gələcək prezidentinin 2006-2007-ci illərdə bir-birilə heç zaman rastlaşmayan iki məşuqəsi olub. 

www.ÇıxışYolu.Com