Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqına üzv olan dövlətləri Kiyevi müdafiə məqsədi ilə silahla təchiz etməyə çağırıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Aİ-na üzv dövlətlərin milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq, Ukraynanın müdafiə məqsədilə silahlanmasına yardım etməsinin vaxtı çatıb” deyə Poroşenko Aİ-nın xarici siyasət üzrə ali komissarı Federika Moqerini ilə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, “Rusiyanın Ukraynaya qarşı təcavüzündən artıq 4 il ötür və Avropa İttifaqı artıq təcavüzkarı təcavüzkar və münaqişə tərəfi adlandırmağa başlamalıdır”