Sosial şəbəkələrdə Ukrayna prezidenti Petra Poroşenkonun Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında demək olar ki, boş zalda etdiyi çıxışının videosu yayılıb.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, Poroşenko sammitdə çıxışına icazə verildiyini üçün nitqinə minnətdarlıq sözləri ilə başlayıb:
“Bu, Ukraynanın avroatlantik təhlükəsizlikdə vacib element olduğunun dəqiq etirafıdır”, – deyə o, bildirib.
Ukrayna dövlət başçısı sözlərinə əlavə edib ki, alyansın “Rusiya aqressiyası” ilə mübarizə əməkdaşlığının davam etdiriləcəyinə və Rusiyanın iştirakı ilə heç bir ümumavropa layihələrini dəstəkləmədiyini vurğulayıb.