Poroşenko Donbasda yeni əməliyyatın başladığını elan etdi

Poroşenko Donbasda yeni əməliyyatın başladığını elan etdi

Baxış sayı: 2. 081 dəfə baxılıb.

Ukrayna prezidenti Pyotr Poroşenko öz “Facebook” səhifəsində  Donbas bölgəsində anti-terror əməliyyatları rejiminin (ATO) başa çatdığını bəyan edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Ukrayna KİV-də məlumat yayılıb.

Onun sözlərinə görə,14:00-dan etibarən ATO-nu Birləşmiş Ukrayna qüvvələrinin əməliyyatı əvəz edib. Ukrayna rəhbərliyi əmin edir ki, əvvəlki əməliyyat formatının potensialı tükənib.

Bundan sonra Ukraynanın şərqində hərbi əməliyyatları bilavasitə Ukrayna hərbi komandanlığı idarə edəcək. Buna qədər əməliyyatların gedişinə Ukrayna təhlükəsizlik xidməti cavavdeh idi.

.
www.ÇıxışYolu.Com