Poroşenko Rusiya ilə dostluq barədə sazişi ləğv etdi

Baxış sayı: 4. 027 dəfə baxılıb.

Poroşenko Rusiya ilə dostluq barədə sazişi ləğv etdi

Ukrayna prezidenti Petro Poroşenko Rusiya ilə dostluq barədə sazişin dayandırılması ilə bağlı sərəncam imzalayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Ukrayna prezident administrasiyasının saytında məlumat yerləşdirilib. 

Sərəncamla 1997-ci il mayın 31-də imzalanmış Ukrayna və Rusiya arasında əməkdaşlıq, dostluq və tərəfdaşlıq haqqında saziş ləğv edilir. 


Sentyabrın 30-dək Ukrayna Xarici İşlər Nazirliyi bununla bağlı Moskvaya nota təqdim edəcək, prezident isə qanun layihəsini parlamentə göndərəcək. 

www.ÇıxışYolu.Com