“Şimal axını-2” – Avropa İttifaqını parçalamağa yönəlmiş siyasi layihədir.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə almaniyalı həmkarı Frank Valter Ştaynmayerlə apardığı danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
“Bu gün Ukrayna avropalı tərəfdaşlarını “Şimal axını-2”nin iqtisadi deyil, tam siyasi layihə olduğuna inandırmaq üçün maksimum səylər göstərir. Bu layihədə məqsəd Avropa İttifaqındakı birliyi sarsıtmaq, Ukraynaya ziyan vurmaq, regionda təhlükəsizlik səviyyəsini aşağı salmaqdır.”, – deyə Poroşenko vurğulayıb.
Ştaynmayer öz növbəsində Almaniyanın hər zaman “Şimal axını-2” ilə bağlı aparılan danışıqlarda Ukraynanın mövqeyini nəzərdə saxladığını diqqətə çatdırıb.
“Almaniya təbii qazın Ukrayna ərazisindən tranzitini təmin etmək üçün səylər göstərir. Əminən ki, Ukrayna da bunu görür. Bunun üçün təkcə Almaniya və Ukrayna arasında deyil, həmçinin Avropa İttifaqı ilə danışıqlar aparılır.”,- deyə Ştaynmayer qeyd edib.