Ukrayna prezidenti Pyotr Poroşenko amerikalı senator Con Makkeynlə vida mərasimində çıxış edərək ona ölkəsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında bildirilir.
Çıxışı zamanı Poroşenko Makkeynin “Ukraynanın dostu” olduğunu vurğulayıb.
Onun sözlərinə görə, senator ukraynalıların yaddaşında 26 dərəcə şaxtada Maydana soyunmuş halda çıxması ilə qalıb.
“Siz Amerikanın qəhramanısınız. Amma siz həm də Ukrayna qəhramanısınız”, – Poroşenko nitqini tamamlayıb.
Senator Con Makkeyn avqustun 25-də 81 yaşında xərçəng xəstəliyindən vəfat edib.