Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalı nümayəndələrin Müstəqil Dövlətlər Birliyinin (MDB) səlahiyyətli orqanlarından geri çağırılması barədə əmr imzalayıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə İnterfax məlumat yayıb.
“Avropa istiqamətində addımladığımızdan bizim orada təmsil olunmağımızın mənası yoxdur”, – deyə P.Poroşenko vurğulayıb.
Bir müddət əvvəl P.Poroşenko ölkəsinin MDB-nin əlaqələndirici qurumlarında iştirakını dayandıracağı ilə bağlı açıqlama verib.
“Bu MDB-dən çıxmaq anlamına gəlmir, çünki Ukrayna heç vaxt bu quruma daxil oilmayıb”, – deyə P.Poroşenko vurğulayıb.