Donbasdakı Ukrayna Xalq Tribunalı prezident Petro Poroşenko və digər yeddi nəfəri qiyabi olaraq ömürlük həbs cəzasına “məhkum ediblər”.
ÇıxışYolu.Com bununla bağlı REN TV-yə istinadla məlumat yayıb.
Ukrayna qanunvericiliyində “xalq tribunalı” institutu yoxdur.
“Kiyevdə hakimiyyətə Donbasla bağlı Minsk öhdəliklərini yerinə yetirənlər gəldiyi zaman” bütün materiallar rəsmi qərarın çıxarılması üçün Ukrayna Ali Məhkəməsinə göndəriləcək.
“Tribunal”ın təşəbbüskarı bildirib ki, dindirilmələr Ukrayna qanunvericiliyinə uyğun aparılıb və bütün hakimlər Ukrayna vətəndaşlarıdır.