Poroşenkonun korteci yeniyetməni vurub

Poroşenkonun korteci yeniyetməni vurub

Baxış sayı: 2. 136 dəfə baxılıb.

Ukrayna prezidenti Pyotr Poroşenkonun kortecinə aid avtomobil Kiyevdə nizamlanmayan yolayırıcında velosipedçini vurub.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Ukraynskaya pravda” yerli hüquq mühafizə orqanlarından olan mənbələrə istinadən yazır.

Məlumata görə, avtomobilə çırpılan 13 yaşlı yeniyetmə kəllə beyin travması alıb, əl və ayağı sınıb.

Yeniyetmə xəstəxanaya yerləşdirilib.  Mənbənin sözlərinə görə,  yol nəqliyyat hadisəsi prezidentin maşının keçidi əsnasında baş verməyib.

“Bu kortecin öndə gedən maşını olub, prezident isə bir kilometr geridə olub”, -deyə mənbə qeyd edir.

Ukrayna prezident administrasiyası isə, yeniyetməni vuran avtomobilin ümumiyyətlə prezident kortecinə aid olmadığını bildirib.

.
www.ÇıxışYolu.Com