Poroşenkonun mühafizəçisi intihar edib

Poroşenkonun mühafizəçisi intihar edib

Baxış sayı: 5. 604 dəfə baxılıb.

Xüsusi təyinatlı Ukrayna Milli Polisinin əməkdaşı, prezident Petr Poroşenkonun evini mühafizə edən baş çavuş Sergey Qalasyuk özünü öldürüb.
 
ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə “Strana.ua” saytı mənbəyə istinadən məlumat yayıb.
 
Hadisə fevralın 23-də baş verib. S. Qalasyuk P. Poroşenkonun evi yaxınlığında mühafizə xidməti aparan zaman intihar edib.
 
Ukrayna KİV-ləri xəbər verir ki, S. Qalasyuk əvvəl də özünü öldürməyə cəhd edib. Buna baxmayaraq, o, xidməti vəzifəsini yerinə yetirməyə davam edib.
 
Ukrayna hüquq-mühafizə orqanları S. Qalasyukun ölümü xəbərini təsdiqləyib. 

Faktla bağlı cinayət işi açılıb.

www.ÇıxışYolu.Com