Portuqaliya ilk qələbəsini qazandı, Mərakeş qrupda qaldı

Baxış sayı: 2. 303 dəfə baxılıb.

Portuqaliya ilk qələbəsini qazandı, Mərakeş qrupda qaldı

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında “B” qrupunun ikinci turuna start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, Portuqaliya yığması Mərakeşlə üz-üzə gəlib. 

Qarşılaşma Portuqaliyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 4-cü dəqiqədə Portuqaliyanın kapitanı Kriştianu Ronaldu vurub. Portuqaliya bu nəticədən sonra xallarının sayını 4-ə çatdırıb. Xalı olmayan Mərakeş isə növbəti mərhələ şanslarını itirib. 

Qeyd edək ki, qrupun digər oyununda bu gün İspaniya və İran yığmaları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 

S.M.
www.ÇıxışYolu.Com