Portuqaliyanın baş naziri korrupsiya təhqiqatına görə istefa verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Portuqaliyanın Baş naziri Antoniu Koşta istefa verib.
Məlumata görə, onun bu qərarına səbəb rəhbərlik etdiyi hökumətə dair
korrupsiya ilə bağlı araşdırmalar olub. Belə ki, ötən gün polis onun rəsmi
iqamətgahında axtarışlar aparıb.
Bildirilir ki, baş nazir məhz litium və hidrogen layihələrini düzgün idarə
etməməsi ilə əlaqədar aparılan təhqiqat fonunda istefa ərizəsini ölkə
prezidentinə təqdim edib. Dövlət başçısı isə artıq ərizəni qəbul edib.
Mənbə: TASS