a280b012-24c3-4e11-9107-8fd78231075e..jpg

Premyer Liqa: “Araz-Naxçıvan” səfərdə “Qəbələ”ni məğlub edib

Baxış sayı: 496 dəfə baxılıb.

Premyer Liqa: “Araz-Naxçıvan” səfərdə “Qəbələ”ni məğlub edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.

Cixisyolu.com xəbər verir ki, son matçda “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edib.

Qələbə şəhər stadionundakı qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə
bitib. Naxçıvan təmsilçisinin heyətində 32-ci dəqiqədə Turan Manafov, 44-cü
dəqiqədə Kadiri Məhəmməd, 69-cu dəqiqədə Elviş Maşike, 71-ci dəqiqədə Miço
Kuzmanoviç fərqləniblər.

Meydan sahiblərində Samuel Tetteh 37-ci dəqiqədə rəqib qapısına yol tapa
bilib. Bundan əlavə, “Qəbələ”dən İlkin Qırtımov 28-ci dəqiqədə birbaşa qırmızı,
60-cı dəqiqədə Osama Xalayla ikinci sarı vərəqəni alaraq meydandan qovulublar.

Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran “Araz-Naxçıvan” üçüncü
sıradakı “Səbail”ə çatıb. “Qırmızı-qaralar” yeddi xalla doqquzuncudur.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i (4:2), “Sabah”
“Sumqayıt”ı (3:1) məğlub edib. “Turan Tovuz” – “Qarabağ” (2:2), “Kəpəz” –
“Zirə” (0:0) görüşlərində qalib müəyyənləşməyib.

Source link