ba70d65f-2ba7-46ad-953e-ec6f2af783ba..jpg

Premyer Liqa: Bu gün “Neftçi” – “Qarabağ” oyunu keçiriləcək – VİDEO

Baxış sayı: 460 dəfə baxılıb.

Premyer Liqa: Bu gün “Neftçi” – “Qarabağ” oyunu keçiriləcək – VİDEO

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci dövrəyə yekun
vurulacaq.

Cixisyolu.com xəbər verir ki, IX turun daha iki oyunu baş tutacaq.

İlk olaraq “Sumqayıt” “Kəpəz”i qəbul edəcək. Rəqiblərindən bir görüş az
keçirən “gənclik şəhəri” təmsilçisi səkkiz xalla 7-ci, Gəncə klubu isə beş
xalla sonuncu-10-cu pillədə qərarlaşıb.

Tur “Neftçi” və “Qarabağ” arasında keçiriləcək Azərbaycan derbisi ilə başa
çatacaq. “Köhlən atlar” 16 xalla üçüncü, “ağ-qaralar” 12 xalla beşinci
sıradadır.

8 oktyabr (bazar)

16:30. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”

19:30. “Neftçi”- “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Neftçi Arena”

Qeyd edək ki, IV turun digər matçlarında “Zirə” “Turan Tovuz”u (2:1), “Səbail”
“Qəbələ”ni (1:0) məğlub edib. “Sabah” – “Araz-Naxçıvan” qarşılaşmasında qalib
müəyyənləşməyib – 1:1.


Source link