5acd2ec1-0b66-49c1-87cc-f43e02799b00..jpg

Premyer Liqa: “Mançester Yunayted” səfərdə məğlub oldu, “Aston Villa” vacib qələbə qazandı – VİDEO

Baxış sayı: 422 dəfə baxılıb.

Premyer Liqa: “Mançester Yunayted” səfərdə məğlub oldu, “Aston Villa” vacib
qələbə qazandı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının 20-ci turunda “Mançester Yunayted” səfərdə
“Nottinqem Forest”in qonağı olub.

Oyun “Nottingem Forest”in “Mançester Yunayted” üzərində 2:1 hesablı qələbəsi
ilə bitib.

Bu məğlubiyyətdən sonra 31 xalı olan “Qırmızı şeytanlar” Premyer Liqada
yeddinci yerdə qərarlaşıblar.

“Nottinqem Forest” – “Mançester Yunayted” 2:1

İngiltərə Premyer Liqasının digər oyununda isə “Aston Villa” “Bernli” ilə
qarşılaşıb.

Məhsuldarlığı ilə yaddan qalan oyun “Aston Villa”nın 3:2 hesablı qələbəsi ilə
bitib.

Bu qələbə ilə xallarını 42-yə çatdıran “Aston Villa” hazırda lider
“Liverpull”a birinci-ikinci yeri bölüşür.

“Aston Villa” – “Bernli” – 3:2

Premyer Liqanın digər qarşılaşmasında “Çelsi” səfərdə “Luton Taun”un qonağı
olub.

Bu görüşdə “zadəganlar” rəqibi 2:3 hesabı ilə məğlub ediblər.

Hazırda 28 xalı olan “Çelsi” turnir cədvəlinin 10-cu sırasında qərarlaşıb.

“Luton Taun” – “Çelsi” – 2:3

“Kristal Pelas” – “Brentford” oyununda isə qapılara ümumilikdə dörd qol
vurulub.

Belə ki, oyunun 2-ci dəqiqəsində – “Brentford”un futbolçusu hesabı açsa da,
özünə gələn “Kristal Pelas”ın futbolçuları rəqibi üç dəfə cəzalandırıblar.

“Kristal Pelas” – “Brentford” 3:1

20-ci turun “Vulverhempton” – “Everton” oyunu isə meydan sahiblərinin 3:0
hesablı inamlı qələbəsi ilə bitib.

“Vulverhempton” – “Everton” 3:0


Source link