cb179577-b52f-4730-a2f4-d218972d5b44..jpg

Premyer Liqa: “Mançester Yunayted” – “Tottenhem” oyununda qalib müəyyənləşmədi – VİDEO

Baxış sayı: 579 dəfə baxılıb.

Premyer Liqa: “Mançester Yunayted” – “Tottenhem” oyununda qalib müəyyənləşmədi
– VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə İngiltərə Premyer Liqasının XXI turunda “Mançester Yunayted” doğma
meydanda “Tottenhem”i qəbul edib.

Cixisyolu.com xəbər verir ki, qarşılaşmada qalib müəyyənləşməyib.

Hesabı üçüncü dəqiqədə meydan sahiblərinin heyətində R.Hoylund açıb. 19-cu
dəqiqədə Riçarlison cavab qolunu vurub.

40-cı dəqiqədə M.Reşford yenidən mançesterliləri önə çıxarıb. İkinci hissənin
ilk dəqiqəsində hesaba yenidən tarazlıq gəlib. R.Bentankur fərqlənib.

Beləliklə, heç-heçədən sonra “Mançester Yunayted” 32 xalla yeddinci,
“Tottenhem” isə 40 xalla beşinci pillədə qərarlaşıb.


Source link