4f5d86d6-42f0-407a-9d7e-d1cb75cba09f..jpg

Premyer Liqa: Mövsümün ən böyükhesablı səfər qələbəsi qeydə alınıb – STATİSTİKA

Baxış sayı: 446 dəfə baxılıb.

Premyer Liqa: Mövsümün ən böyükhesablı səfər qələbəsi qeydə alınıb – STATİSTİKA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ən böyükhesablı səfər
qələbəsi qeydə alınıb.

“Report”un araşdırmasına görə, bu, XVI turda “Sumqayıt”la “Qarabağ” arasında
keçirilən oyunda baş verib.

Sumqayıtda təşkil olunan görüşdə Ağdam təmsilçisi rəqibini 6:1 hesabı ilə
məğlub edib. Buna qədər çempionatımızda ən böyükhesablı səfər qalibiyyəti 3 top
fərqi ilə olmuşdu. Belə ki, 3 dəfə 0:3 (I tur: “Araz-Naxçıvan” – “Turan Tovuz”,
V tur: “Sabah” – “Turan Tovuz”, VI tur: “Kəpəz” – “Səbail”), iki dəfə isə 1:4
(I tur: “Səbail” – “Sumqayıt”, X tur: “Qəbələ” – “Araz-Naxçıvan”) hesabına rast
gəlinib.

Ümumiyyətlə, cari mövsüm Premyer Liqada keçirilən 76 qarşılaşmanın 27-də
qonaqlar hesablarına üç xal yazdırmağı bacarıblar.

“Sumqayıt” – “Qarabağ” matçı həm də mövsümün ən bol qollu ikinci görüşüdür. Bu
baxımdan da rekord son çempiona məxsusdur. Qurban Qurbanovun kollektivinin XII
turda “Kəpəz”lə ev qarşılaşmasında səkkiz qol (7:1) qeydə alınıb.

Qeyd edək ki, “Qarabağ” hazırda 35 xalla turnir cədvəlinə başçılıq edir.
Hesabında 23 xal olan “Sumqayıt” isə üçüncü yerdə qərarlaşıb.

Source link