85bbaca9-8a70-49be-918f-620ea65e409f..jpg

Premyer Liqa nəhəngi “Qalatasaray”ın ulduzuna “elçi düşdü”

Baxış sayı: 3. 620 dəfə baxılıb.

Premyer Liqa nəhəngi “Qalatasaray”ın ulduzuna “elçi düşdü”

İcarə əsasında “Qalatasaray”da çıxış edən Mauro İkardiyə daha bir müştəri
tapılıb.

“Milan”, “Roma” və “Yuventus”dan sonra “Arsenal” da argentinalı futbolçunu
“radar”ına alıb. Məlumata görə, London klubu yayda forvard üçün onun müqavilə
ilə məxsus olduğu PSJ ilə danışıqlara başlayacaq. “Topçular” həmçinin Paris
klubunun müdafiəçisi Serxio Ramos və yarımmüdafiəçisi Rantu Sanşeşə də maraq
göstərirlər.

30 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 2024-cü ilə qədərdir. Mövsümün
əvvəlindən “Qalatasaray”da çıxış edən İkardi İstanbul klubunun heyətində bütün
turnirlərdə meydana çıxdığı 13 matçda doqquz qol, altı məhsuldar ötürmə ilə
yadda qalıb.

Mənbə: express.co.uk

Source link