5199b110-6ace-4924-a0ab-8111749e19e1..jpg

Premyer Liqa: “Neftçi” “Araz-Naxçıvan”la oyunda qələbəni əldən verib – YENİLƏNİB + VİDEO

Baxış sayı: 498 dəfə baxılıb.

Premyer Liqa: “Neftçi” “Araz-Naxçıvan”la oyunda qələbəni əldən verib –
YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında XIV tur davam edir.

Bu gün daha bir oyun keçirilib.

“Neftçi” doğma arenasında “Araz-Naxçıvan”la üz-üzə gəlib. “Neftçi Arena”da baş
tutan matçda hesabı 41-ci dəqiqədə meydan sahibləri açıblar. Müdafiəçi Yuri
Matias növbəti qolunu vurub. Lakin “ağ-qaralar” üstünlüyü son dəqiqələrdə əldən
verib. Orxan Əliyev 90+3-cü dəqiqədə başla dəqiq oynayaraq, komandasına 1 xal
qazandırıb – 1:1.

Bu nəticədən sonra 5-ci pillədəki “Araz-Naxçıvan” xallarının sayını 21-ə,
ondan bir addım geridə olan “Neftçi” isə 19-a çatdırıb.

Qeyd edək ki, əvvəlki oyunlarda “Qarabağ” “Sabah”ı (2:1), “Qəbələ” “Turan
Tovuz”u (4:0) məğlub edib, “Səbail”lə “Kəpəz” qolsuz bərabərə qalıblar. Tura bu
gün keçiriləcək “Sumqayıt” – “Zirə” matçı ilə yekun vurulacaq.

10:11

Azərbaycan Premyer Liqasında bu gün XIV tura yekun vurulacaq.

Cixisyolu.com xəbər verir ki, son gündə iki oyun keçiriləcək.

Meydançaya ilk olaraq “Neftçi” çıxacaq. Premyer Liqanın bürünc mükafatçısı
“Araz-Naxçıvan”ı qəbul edəcək. Adrian Mutunun kollektivi turnir cədvəlindəki
qonşusunu qabaqlamaq üçün doğma azarkeşləri önündə qələbə qazanmalıdır.

Tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı komandası “Zirə” ilə üz-üzə
gələcək. Rəşad Sadıqovun yetirmələri liderliyi davam etdirmək üçün bu
qarşılaşmada da hesablarına 3 xal yazdırmalıdırlar. Əks təqdirdə, “Sumqayıt”
aradakı xal fərqini 3-ə endirəcək.

Premyer Liqa
XIV tur
26 noyabr (bazar)

15:30. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Neftçi Arena”

18:00. “Sumqayıt”- “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Kapital Bank Arena”

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

14

9

2

3

33-13

29

2

Zirə

13

8

3

2

13-7

27

3

Səbail

14

6

4

4

22-21

22

4

Sumqayıt

13

6

3

4

14-14

21

5

Araz-Naxçıvan

13

6

2

5

15-14

20

6

Neftçi

13

5

3

5

14-12

18

7

Sabah

14

4

4

6

19-19

16

8

Turan Tovuz

14

4

3

7

21-22

15

9

Qəbələ

14

3

2

9

11-23

11

10

Kəpəz

14

2

4

8

7-24

10

Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) – 10 qol, Aleksandr Ramalinqom
(“Səbail”) – 6 qol, Pedro Nuno (“Səbail”) – 5 qol.


Source link