d074ac71-baec-4eb3-b955-2185bbbbdaed..jpg

Premyer Liqa: “Neftçi” ikinci hissədə üç qolla üç xalı aldı – YENİLƏNİB + VİDEO

Baxış sayı: 463 dəfə baxılıb.

Premyer Liqa: “Neftçi” ikinci hissədə üç qolla üç xalı aldı – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Cixisyolu.com xəbər verir ki, günün ikinci matçında “Qəbələ” “Neftçi”nin qonağı olub.

Qarşılaşma “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində kapitan Emin Mahmudov 61-ci dəqiqədə penaltini
dəqiq yerinə yetirib. 67-ci dəqiqədə Dieqo Valdez fərqi iki topa çatdırıb.
90+5-ci dəqiqədə yeni transfer Brayan Moreno adını tabloya yazdırıb.

59-cu dəqiqədə Zurab Oçiqava birbaşa qırmızı vərəqə alaraq qonaqları azlıqda
qoyub. 87-ci dəqiqədə Emil Səfərov “Qəbələ”nin təsəlli qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran “Neftçi” ikinci pilləyə
yüksəlib. “Qırmızı-qaralar” 14 xalla sonuncu – 10-cu yerdədirlər.

Qeyd edək ki, günün ilk matçında “Sumqayıt” “Araz-Naxçıvan”la heç-heçə edib –
1:1. XX turda “Turan Tovuz” “Səbail”i (3:1), “Qarabağ” “Kəpəz”i (2:1), “Sabah”
isə “Zirə”ni (1:0) məğıub edib.

17:48

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

Cixisyolu.com xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” “Sumqayıt”la üz-üzə
gəlib.

Qarşılaşma 1:1 hesabıı ilə yekunlaşıb. “Gənclik şəhəri” təmsilçisində 45-ci
dəqiqədə İsa Suliman, Naxçıvan klubunda 59-cu dəqiqədə Vanderson Melo fərqlənib.

Xallarının sayını 31-ə çatdıran “Sumqayıt” ikinci pilləyə yüksəlib. 27 xala
malik “Araz-Naxçıvan” beşinci sıradakı “Səbail”ə çatıb.

Qeyd edək ki, günün ikinci görüşündə “Neftçi” “Qəbələ”ni qəbul edəcək. XX
turda “Turan Tovuz” “Səbail”i (3:1), “Qarabağ” “Kəpəz”i (2:1), “Sabah” isə
“Zirə”ni (1:0) məğıub edib.

09:53

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.

Cixisyolu.com xəbər verir ki, son olaraq daha iki oyun keçiriləcək.

Günün ilk görüşündə “Araz-Naxçıvan” və “Sumqayıt” komandaları üz-üzə
gələcəklər. Naxçıvan klubu 26 xalla 6-cı, “gənclik şəhəri” təmsilçisi 30 xalla
3-cü pillədə qərarlaşıb.

Tur “Neftçi” – “Qəbələ” matçı ilə başa çatacaq. Paytaxt təmsilçisi 29 xalla
4-cü, “qırmızı-qaralar” 14 xalla sonuncu-10-cu yerdədir.

Azərbaycan Premyer Liqası

XX tur

15:00. “Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Dalğa Arena”

17:30. “Neftçi”- “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Neftçi Arena”

Qeyd edək ki, XX turda “Turan Tovuz” “Səbail”i (3:1), “Qarabağ” “Kəpəz”i
(2:1), “Sabah” isə “Zirə”ni məğıub edib.

Source link