c353aa93-b292-4ce0-bfe0-d4296cf3d7c6..jpg

Premyer Liqa: “Neftçi” “Qəbələ”ni səfərdə məğlub edib – YENİLƏNİB

Baxış sayı: 474 dəfə baxılıb.

Premyer Liqa: “Neftçi” “Qəbələ”ni səfərdə məğlub edib – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında XII tur davam edir.

Cixisyolu.com xəbər verir ki, bu gün daha bir oyun keçirilib.

Günün ilk matçında Qəbələnin eyniadlı komandası “Neftçi”ni qəbul edib.
Qarşılaşmanın taleyini ikinci hissədə vurulan 2 qol həll edib. 60-cı dəqiqədə
Dieqo Valdes, 90+4-cü dəqiqədə isə Rəhman Hacıyev meydan sahiblərini
cəzalandırıblar.

Nəticədə rəqibini 2:0 hesabı ilə məğlub edən “Neftçi” xallarının sayını 18-ə
çatdırıb. “Qəbələ” isə 8 xalda qalıb.

Tura bu gün keçiriləcək “Sabah” – “Zirə” (18:30) oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Səbail” “Turan Tovuz”u (2:1),
“Qarabağ” “Kəpəz”i (7:1), “Sumqayıt” isə “Araz-Naxçıvan”ı (2:0) məğlub edib.

10:01

Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.

Cixisyolu.com xəbər verir ki, son gündə iki oyun keçiriləcək.

Əvvəlcə “Neftçi” meydana çıxacaq. “Ağ-qaralar” autsayderlər zonasında
qərarlaşan “Qəbələ”nin qonağı olacaq. Adrian Mutunun yetirmələri liderlər
qrupundan daha da uzaq düşməmək üçün səfərdə mütləq qalib gəlməlidirlər.

Tur paytaxt derbisi ilə başa çatacaq. Uğursuz mövsüm keçirən “Sabah” əks
qrafik cızaraq liderlər qrupunda yer alan “Zirə”ni qəbul edəcək. Rəşad
Sadıqovun kollektivi liderliyi itirməmək üçün çətin səfər görüşündə hesabına 3
xal yazdırmalıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail” “Turan Tovuz”u (2:1),
“Qarabağ” “Kəpəz”i (7:1), “Sumqayıt” isə “Araz-Naxçıvan”ı (2:0) məğlub ediblər.

Premyer Liqa
XII tur
5 noyabr

16:00. “Qəbələ” – “Neftçi”
Baş hakim: Kamal Umudlu
Qəbələ şəhər stadionu

18:30. “Sabah” – “Zirə”
Baş hakim: Tural Qurbanov
“Bank Respublika Arena”

Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) – 9 qol, Aleksandr Ramalinqom
(“Səbail”) – 6 qol.

Source link