d2457df3-ecc7-4e1b-8bc9-4d3680bc03a1..jpg

Premyer Liqa: “Neftçi” – “Qarabağ” oyununa start verildi – YENİLƏNİR + VİDEO

Baxış sayı: 505 dəfə baxılıb.

Premyer Liqa: “Neftçi” – “Qarabağ” oyununa start verildi – YENİLƏNİR + VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda “Neftçi” – “Qarabağ”
oyununa start verilib.

18:30

Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda üz-üzə gələcək “Neftçi” və
“Qarabağ”ın start heyətləri bəlli olub.

Cixisyolu.com-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə
çıxacaqlar.

“Neftçi”: 1. İvan Brkiç 8. Emin Mahmudov (k) 2. Qara Qarayev 3. Höccət
Haqverdi 7. Azər Əliyev 4. Mark Tamaş 5. Kenni Sayef 23. Ataa Caber 44. Yuri
Matias 11. Kilan Lebon 77. Yeqor Boqomolski.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov 93. Rza Cəfərov 10. Filip Ozobiç 14. Eddi
İsrafilov 17. Rəhman Hacıyev 19. Azər Salahlı 16. Lukas Melano 22. Reziuan
Mirzov 6. Dieqo Valdez 25. Aaron Olanare 99. Ervin Koffi 9. Andre Şinyaşiki.

Baş məşqçi: Adrian Mutu.

“Qarabağ”: 99. Andrey Lunyov 5. Maksim Medvedev (k) 4. Rahil Məmmədov 27.
Toral Bayramov 90. Nəriman Axundzadə 66. Patrik Andrade 17. Hamidu Keyta 18.
Olavio Juninyo 2. Mateus Silva 6. Julio Romao 15. Leandro Andrade.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili 89. Amin Ramazanov 20. Riçard Almeyda
30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 83. Nihad Quliyev 10. Abdullah Zubir
8. Marko Yankoviç 11. Adama Diakabi 19. Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, bu gün reallaşacaq matç saat 19:30-da start götürəcək.

09:08

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci dövrəyə yekun
vurulacaq.

Cixisyolu.com xəbər verir ki, IX turun daha iki oyunu baş tutacaq.

İlk olaraq “Sumqayıt” “Kəpəz”i qəbul edəcək. Rəqiblərindən bir görüş az
keçirən “gənclik şəhəri” təmsilçisi səkkiz xalla 7-ci, Gəncə klubu isə beş
xalla sonuncu-10-cu pillədə qərarlaşıb.

Tur “Neftçi” və “Qarabağ” arasında keçiriləcək Azərbaycan derbisi ilə başa
çatacaq. “Köhlən atlar” 16 xalla üçüncü, “ağ-qaralar” 12 xalla beşinci
sıradadır.

8 oktyabr (bazar)

16:30. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”

19:30. “Neftçi”- “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Neftçi Arena”

Qeyd edək ki, IV turun digər matçlarında “Zirə” “Turan Tovuz”u (2:1), “Səbail”
“Qəbələ”ni (1:0) məğlub edib. “Sabah” – “Araz-Naxçıvan” qarşılaşmasında qalib
müəyyənləşməyib – 1:1.


Source link