808aaf43-f3a8-4380-95ef-31a2e1f1a57b..jpg

Premyer Liqa: “Neftçi” “Sumqayıt”a məğlub oldu – VİDEO

Baxış sayı: 445 dəfə baxılıb.

Premyer Liqa: “Neftçi” “Sumqayıt”a məğlub oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ilk matçında “Neftçi” “Sumqayıt”ı qəbul edib.

“Neftçi Arena”dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin 2:1 hesablı
qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Ataa Caber 35-ci dəqiqədə hesabı açıb.
Qonaqlarda Masaki Murata 56-cı dəqiqədə tarazlığı bərpa edib. 69-cu dəqiqədə
Roi Kehat “Sumqayıt”ın ikinci qoluna imza atıb.

Qeyd edək ki, turun “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” oyunları
noyabrın 12-də gerçəkləşəcək. Ötən gün açılış matçında “Kəpəz” “Araz-Naxçıvan”ı
minimal hesabla üstələyib – 1:0.


Source link