f5d3ab3d-e8a5-44ae-b639-1b031dc075ce..jpg

Premyer Liqa: “Neftçi” “Turan Tovuz”u məğlub edib – VİDEO

Baxış sayı: 373 dəfə baxılıb.

Premyer Liqa: “Neftçi” “Turan Tovuz”u məğlub edib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

Cixisyolu.com-ın məlumatına görə, günün ikinci matçında “Neftçi” “Turan Tovuz”u qəbul
edib.

Qarşılaşma “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb – 3:0.

15-ci dəqiqədə Filip Ozobiç hesabı açıb. 31-ci dəqiqədə Yuri Matias, 70-ci
dəqiqədə Rəhman Hacıyev penaltini dəqiq yerinə yetirib. 62-ci dəqiqədə
qonaqlardan Bruno Qonçalveş birbaşa qırmızı vərəqə aldığı üçün meydandan
qovulub.

Qələbə sayəsində xallarının sayını 50-yə çatdıran paytaxt klubu ikinci pilləyə
yüksəlib. Tovuz klubu 42 xalla yeddincidir.

Qeyd edək ki, günün ilk matçında “Kəpəz” səfərdə “Qəbələ”yə qalib gəlib – 1:0.
Bu gün “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək. Tura aprelin 29-da “Zirə” –
“Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq. Ötən gün “Sabah” “Səbail”i iki
cavabsız qolla üstələyib.

Source link