f4ee1dc6-fb5d-449c-b39c-5886fe63ba4c..jpg

Premyer Liqa: “Qarabağ” 21 yaşadək futbolçulara ən çox şans verən klubdur”

Baxış sayı: 471 dəfə baxılıb.

Premyer Liqa: “Qarabağ” 21 yaşadək futbolçulara ən çox şans verən klubdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında 21 yaşadək futbolçulara ən çox şans verən klublar
bəlli olub.

Bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) rəsmi saytında
bildirilib.

CIES-in araşdırmasına əsasən, siyahıya “Qarabağ” başçılıq edir. 2023-cü il
aprelin 3-dən 2024-cü il aprelin 2-dək Ağdam təmsilçisində meydana çıxanların
6,2 faizinin yaşı 21-dən aşağı olub.

“Zirə” (4,6 faiz) bu göstəriciyə görə ikinci pillədə qərarlaşıb. “Sabah” və
“Neftçi” (hər ikisi 4,3 faiz) növbəti sıraları bölüşürlər.

“Qəbələ” (3,7 faiz) beşinci, “Turan Tovuz” (3,3 faiz) altıncı, “Sumqayıt” (3,2
faiz) yeddinci, “Kəpəz” (1,9 faiz) səkkizinci, “Araz-Naxçıvan” (0,3 faiz) 9-cu,
“Səbail” (0,1 faiz) onuncudur.

Source link