81ad9c9a-bdc7-40c8-98b8-6e6ca6d6deb1..jpg

Premyer Liqa: “Qarabağ” – “Qəbələ” oyununda dörd qol – YENİLƏNİB + VİDEO

Baxış sayı: 455 dəfə baxılıb.

Premyer Liqa: “Qarabağ” – “Qəbələ” oyununda dörd qol – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

Cixisyolu.com xəbər verir ki, günün ilk matçında “Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlib.

Qarşılaşma heç-heçə başa çatıb – 2:2. Qonaqlarda 19-cu dəqiqədə Bilel
Auaşeriya fərqlənib. “Köhlən atlar”da 66-cı dəqiqədə Yassin Benzia, 71-ci
dəqiqədə Abdullah Zubir rəqibi məyus edib. 85-ci dəqiqədə “Qəbələ”dən Yaovi
Akakpo görüşdə son nöqtəni qoyub.

Çempionluğunu rəsmiləşdirmiş “Qarabağ” xallarının sayını 73-ə çatdırıb.
Sonuncu-onuncu sıradakı “qırmızı-qaralar”ın 17 xalı var.

Qeyd edək ki, günün ikinci matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Ötən gün
“Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib – 4:1. XXXI tur aprelin 21-də
başa çatacaq.

09:41

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu
keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, ilk olaraq çempionluğunu rəsmiləşdirmiş “Qarabağ”
“Qəbələ”ni qəbul edəcək. “Köhlən atlar”ın 72 xalı var, “qırmızı-qaralar” 16
xalla sonuncu – səkkizinci pillədə qərarlaşıblar.

Günün ikinci matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Meydan sahibləri 46
xalla dördüncü, “ağ-qaralar” 47 xalla üçüncü sıradadır.

Azərbaycan Premyer Liqası

XXXI tur

20 aprel (şənbə)

16:30. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Asif Əliyev

Tofiq Bəhramov adına Respublika Stadionu

19:00. “Zirə” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: İlham Əliyev

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, ötən gün “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib – 4:1.
XXXI tur aprelin 21-də başa çatacaq.

Source link