13f6189d-a77f-4bc4-97d2-90943b7fa523..jpg

Premyer Liqa: “Qarabağ” “Sabah”ı iki cavabsız qolla məğlub edib – VİDEO

Baxış sayı: 555 dəfə baxılıb.

Premyer Liqa: “Qarabağ” “Sabah”ı iki cavabsız qolla məğlub edib – VİDEO

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

Turun mərkəzi oyununda çempionla vitse-çempion üz-üzə gəliblər.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda qızıl medallar uğrunda
mübarizədə əsas rəqiblərindən olan “Sabah”ı qəbul edib.

Qarşılaşmanı üstün keçirən ağdamlılar ikinci hissədə vurduqları qollar
sayəsində 2:0 hesablı qələbə qazanıblar. 56-cı dəqiqədə Olavio Juninyo hesabı
açıb. 88-ci dəqiqədə isə Hamidu Keyta görüşdə son nöqtəni qoyub.

Qələbə sayəsində “Qarabağ” xallarının sayını 10-a yüksəldib. Son sıralarda
qərarlaşan “Sabah”ın isə hesabında 4 xal var.

Turun əvvəlki oyunlarında “Zirə” “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Neftçi”ni 1:0,
“Səbail” “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib, “Turan Tovuz”la “Qəbələ” bərabərə
(2:2) qalıblar.

Qeyd edək ki, Premyer Liqada VII turun matçları 23-25 sentyabr aralığında
keçiriləcək.


Source link