3bdffc57-3e0f-4fd4-a772-d1448b9187ff..jpg

Premyer Liqa: “Qarabağ” “Zirə”yə qalib gəlib – YENİLƏNİB

Baxış sayı: 450 dəfə baxılıb.

Premyer Liqa: Braziliyalı futbolçu “Turan Tovuz”a qələbə qazandırıb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında XXVI tur davam edir.

Cixisyolu.com-ın məlumatına görə, daha bir oyun keçirilib.

Günün ilk matçı Tovuzda oynanılıb. Yerli “Turan Tovuz” “Araz-Naxçıvan”ı qəbul
edib. Qarşılaşmanın taleyini son 15 dəqiqədə vurulan qollar həll edib. 78 və
80-ci dəqiqələrdə vurduğu qollarla dubla imza atan braziliyalı hücumçu Aleks
Souza “Turan Tovuz”a 2:0 hesablı qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində yeddinci pillədəki tovuzlular xallarının sayını 35-ə
çatdırıblar. Naxçıvan təmsilçisi isə 31 xalla səkkizinci yerdə qalıb.

Turun əvvəlki oyunlarında “Sumqayıt” “Səbail”i səfərdə (1:0), “Sabah”
“Qəbələ”ni evdə (2:1) minimal fərqlə məğlub edib, “Kəpəz”lə “Neftçi” qollu
bərabərə (3:3) qalıblar.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Zirə” görüşü ilə yekun
vurulacaq.

09:00

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.

Cixisyolu.com xəbər verir ki, son olaraq daha iki oyun keçiriləcək.

Günün ilk görüşündə “Turan Tovuz” və “Araz-Naxçıvan” komandaları üz-üzə
gələcəklər. Tovuz klubu 32 xalla 7-ci, Naxçıvan təmsilçisi 31 xalla 8-ci
pillədə qərarlaşıb.

Tur “Qarabağ” – “Zirə” matçı ilə başa çatacaq. “Köhlən atlar” 60 xalla 1-ci,
“qartallar” 36 xalla 6-cı yerdədir.

Azərbaycan Premyer Liqası

XXVI tur

5 fevral

15:30. “Turan Tovuz”- “Araz-Naxçıvan”

Baş hakim: Rəşad Əhmədov

Tovuz şəhər stadionu

18:00 “Qarabağ” – “Zirə”

Baş hakim: Əliyar Ağayev

Tofiq Bəhramov Respublika stadionu

Source link