b1ef1798-e233-4cd8-8487-6a37075ea6d7..jpg

Premyer Liqa: “Səbail” “Kəpəz”i, “Qəbələ” “Turan Tovuz”u qəbul edəcək – AFİŞA

Baxış sayı: 718 dəfə baxılıb.

Premyer Liqa: “Səbail” “Kəpəz”i, “Qəbələ” “Turan Tovuz”u qəbul edəcək – AFİŞA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha iki oyunu
keçiriləcək.

Cixisyolu.com-ın məlumatına görə, ilk olaraq “Səbail” “Kəpəz”i qəbul edəcək.

“ASCO Arena”dakı qarşılaşma saat 14:00-da start götürəcək. “Dənizçilər” 21
xalla dördüncü, “Kəpəz” doqquz xalla doqquzuncu pillədə qərarlaşıb.

Günün ikinci matçı Qəbələdə gerçəkləşəcək. Şəhərin eyniadlı komandası “Turan
Tovuz”un müqavimətini qırmağa çalışacaq. Meydan sahibləri səkkiz xalla sonuncu
– 10-cu, qonaqlar 15 xalla səkkizinci sırada yer alıblar.

Azərbaycan Premyer Liqası

XIV tur

25 noyabr (şənbə)

14:00. “Səbail” – “Kəpəz”

Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASCO Arena”

16:00. “Qəbələ” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Qəbələ şəhər stadionu

Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Sabah”ı 2:1 hesabı ilə üstələyib.
Tura noyabrın 26-da oynanılacaq “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” –
“Zirə” görüşləri ilə yekun vurulacaq.

Source link