79a41119-2bea-4714-b648-cbbbf2f98162..jpg

Premyer Liqa: “Səbail” son dəqiqə qolu sayəsində məğlubiyyətdən xilas olub – VİDEO

Baxış sayı: 398 dəfə baxılıb.

Premyer Liqa: “Səbail” son dəqiqə qolu sayəsində məğlubiyyətdən xilas olub –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında XV tura start verilib.

“Report”un məlumatına görə, açılış oyunu “Dalğa Arena”da keçirilib.

Rəqiblərini həmin arenada qəbul edən “Araz Naxçıvan” bu dəfə “Səbail”lə
qarşılaşıb. Görüşdə hesabı nominal meydan sahibləri açıblar.

Mohammed Kadiri 17-ci dəqiqədə fərqlənib. Lakin qonaqlar məğlubiyyətdən son
anda qurtulublar. 90+3-cü dəqiqədə Numan Kurdiç avtoqol müəllifi olub. Nəticədə
qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bununla “Səbail” xallarının sayını 23-ə,
“Araz Naxçıvan” isə 22-yə yüksəldib.

Qeyd edək ki, turun “Turan Tovuz” – “Sumqayıt” görüşü bu gün, digər matçlar
isə dekabrın 3-4-də baş tutacaq.


Source link