43f62691-9b7c-44a2-ae9f-4cdc11b8d191..jpg

Premyer Liqa: “Sabah” “Qəbələ”ni məğlub edib – YENİLƏNİB + VİDEO

Baxış sayı: 482 dəfə baxılıb.

Premyer Liqa: “Sabah” “Qəbələ”ni məğlub edib – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Cixisyolu.com-ın məlumatına görə, günün ikinci matçında “Sabah” “Qəbələ”ni qəbul edib.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 2:1. Meydan sahiblərində 19
və 41-ci dəqiqədə Davit Volkov fərqlənib. Qonaqların qolunu isə 45+3-cü
dəqiqədə Əyyub Allaş vurub.

Xallarının sayını 37-ə çatdıran “Sabah” “Neftçi” və “Səbail”lə birlikdə 3-5-ci
yerləri bölüşdürür. Sonuncu sıradakı “Qəbələ”nin 15 xalı var.

Qeyd edək ki, bu gün baş tutan “Kəpəz” – “Neftçi” matçında qalib
müəyyənləşməyib – 3:3. Martın 8-də “Sumqayıt” səfərdə “Səbail”ə qalib gəlib –
1:0. XXVI tura martın 10-da “Turan Tovuz” – “Araz-Naxçıvan” və “Qarabağ” –
“Zirə” görüşləri ilə yekun vurulacaq.

17:15

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Günün ilk matçında “Neftçi” “Kəpəz”lə üz-üzə gəlib.

Tovuz şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb – 3:3. Gəncə
təmsilçisində 6 və 62-ci dəqiqələrdə Martins Junior, 47-ci dəqiqədə Elçin
Əlicanov fərqlənib.

“Ağ-qaralar”ın hər üç qolunu isə Filip Ozobiç vurub. O, 32, 57 və 77-ci
(penalti) dəqiqələrdə fərqlənib.

Xallarının sayını 37-ə çatdıran paytaxt klubu hazırda “Səbail”lə birlikdə
3-4-cü yerləri bölüşdürür. “Kəpəz” 27 xalla 9-cu sıradadır.

09:26

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu
keçiriləcək.

Cixisyolu.com-ın məlumatına görə, ilk qarşılaşma Tovuz şəhər stadionunda
gerçəkləşəcək.

Gəncə təmsilçisi “Kəpəz” “Neftçi” ilə üz-üzə gələcək. Bölgə klubu 26 xalla
9-cu, “ağ-qaralar” 36 xalla 4-cü pillədə qərarlaşıblar.

Günün ikinci matçında “Sabah” “Qəbələ”ni qəbul edəcək. Meydan sahibləri 36
xalla 6-cı yerdədirlər. 15 xala malik “Qəbələ” sonuncu sıradadır.

Azərbaycan Premyer Liqası

XXVI tur

9 mart (şənbə)

15:00. “Kəpəz” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Tovuz şəhər stadionu

17:30. ”Sabah” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

“Bank Respublika Arena”

Qeyd edək ki, daha əvvəl “Sumqayıt” səfərdə “Səbail”ə qalib gəlib. XXVI tura
martın 10-da “Turan Tovuz” – “Araz-Naxçıvan” və “Qarabağ” – “Zirə” görüşləri
ilə yekun vurulacaq.

Source link