ef2eff9d-b45b-4fcf-a658-127f7d28f70a..jpg

Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”yə uduzub – YENİLƏNİB + VİDEO

Baxış sayı: 438 dəfə baxılıb.

Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”yə uduzub – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.

Cixisyolu.com-ın məlumatına görə, günün ilk matçında çempionatda sonuncu olacağı
dəqiqləşən “Qəbələ” “Sabah”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:0.

33-cü dəqiqədə Əyyub Əllaş, 45+1-ci dəqiqədə Klesio Bauk hesabı açıb. 65-ci
dəqiqədə Davit Volkov birbaşa qırmızı vərəqə alaraq paytaxt təmsilçisini
azlıqda qoyub.

“Qəbələ” qalibiyyət sayəsində xallarının sayını 23-ə çatdırıb. “Sabah” hələlik
52 xalla 4-cü sıradadır.

Bu gün “Sumqayıt” – “Səbail” görüşü də baş tutacaq.

Qeyd edək ki, daha əvvəl “Neftçi” “Kəpəz”i (5:1), “Turan Tovuz”
“Araz-Naxçıvan”ı (1:0), “Qarabağ” “Zirə”ni (1:0) məğlub edib.

09:48

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq.

Cixisyolu.com xəbər verir ki, son olaraq iki qarşılaşma gerçəkləşəcək.

Çempionatda sonuncu olacağı dəqiqləşən “Qəbələ” avrokuboklara iddialı “Sabah”ı
qəbul edəcək. “Qırmızı-qaralar”ın 20 xalı var. Paytaxt təmsilçisi hələlik 52
xalla dördüncü pillədə qərarlaşıb.

Tur Sumqayıtda başa çatacaq. Şəhərin eyniadlı komandası “Səbail”i sınağa
çəkəcək. “Gənclik şəhəri” təmsilçisi 51 xalla 5-ci “dənizçilər” 42 xalla
yeddinci sıradadır.

Azərbaycan Premyer Liqası

XXXIV tur

17:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu

19:30. “Sumqayıt” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elçin Məmmədov

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, daha əvvəl “Neftçi” “Kəpəz”i (5:1), “Turan Tovuz”
“Araz-Naxçıvan”ı, “Qarabağ” “Zirə”ni (hər ikisi 1:0) məğlub edib.

Source link