c52d9569-70d9-4408-878f-1d976b31c869.jpg

Premyer Liqa: “Şamaxı” – “Turan Tovuz” oyununda qalib müəyyənləşməyib

Baxış sayı: 28 dəfə baxılıb.

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turunda “Şamaxı” “Turan Tovuz”la
heç-heçə edib.

Cixisyolu.com-ın məlumatına görə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Tovuz təmsilçisinin heyətində Sadiq Şəfiyev beşinci dəqiqədə hesabı açıb.
Meydan sahiblərindən Belajdi Pusi 48-ci dəqiqədə tarazlığı bərpa edib. 89-cu
dəqiqədə Arsen Ağcabəyov Şamaxı klubunun ikinci qoluna imza atıb. 90+8-ci
dəqiqədə Kristian da Silva penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayınl 15-ə çatdıran qonaqlar 4-cü pillədə
qərarlaşıb. “Şamaxı” 12 xalla 6-cı sıradadır.

Qeyd edək ki, günün digər görüşündə son çempion “Qarabağ” “Sabah”la üz-üzə
gələcək. Turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Səbail”i 3:2, “Zirə”
“Kəpəz”i 3:0 hesabı ilə üstələyib. “Neftçi” – “Sumqayıt” matçında qalib
müəyyənləşməyib – 1:1.

09:34

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ”
“Sabah”la üz-üzə gələcək.

Cixisyolu.com xəbər verir ki, “Azersun Arena”dakı qarşılaşma saat 19:00-da start
götürəcək.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 15 xalla ikinci pillədə
qərarlaşıb. Paytaxt klubu 14 xalla dördüncü sıradadır.

Günün ilk görüşündə “Turan Tovuz” “Şamaxı”nın qonağı olacaq. Bu qarşılaşma
saat 16:00-da başlayacaq. Tovuz təmsilçisi 14 xalla beşinci, bir oyun az
keçirən meydan sahibləri 11 xalla altıncıdır.

Azərbaycan Premyer Liqası

VIII tur

29 sentyabr (bazar)

16:00. “Şamaxı” – “Turan Tovuz”

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Nəriman Axundov

Şamaxı şəhər stadionu

19:00. “Qarabağ” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov

VAR: Əliyar Ağayev

AVAR: Rəvan Həmzəzadə

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Azersun Arena”

Qeyd edək ki, turun əvvəl oyunlarında “Araz-Naxçıvan” “Səbail”i 3:2, “Zirə”
“Kəpəz”i 3:0 hesabı ilə üstələyib. “Neftçi” – “Sumqayıt” matçında qalib
müəyyənləşməyib – 1:1.

Source link