86ca96b4-7864-420e-970a-9c7b2f93fccb..jpg

Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib – YENİLƏNİB + VİDEO

Baxış sayı: 340 dəfə baxılıb.

Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.

Cixisyolu.com-ın məlumatına görə, turun açılış oyunu Tovuzda keçirilib.

“Turan Tovuz” doğma azarkeşləri önündə “Sumqayıt”ı qəbul edib. Birinci hissə
qonaqların üstünlüyü şəraitində keçib. “Gənclik şəhəri” təmsilçisi ardıcıl
qollar sayəsində 2 top fərqi ilə önə keçib. Əvvəlcə 15-ci dəqiqədə Şəhriyar
Əliyev avtoqol müəllifi olub. 22-ci dəqiqədə isə Erik Sorqa adını tabloya
yazdırıb.

Qərb təmsilçisi fasilədən dərhal sonra fərqi minimuma endirib. Otto Con 52-ci
dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirib. Lakin tovuzluların bundan
artığına gücləri çatmayıb. Əvəzində qonaqlar 88-ci dəqiqədə üçüncü dəfə rəqibi
mərkəzə dəvət ediblər: Səbuhi Abdullazadə fərqlənib. Qarşılaşmada son nöqtəni
isə 90+5-ci dəqiqədə Cordan Rezabala qoyub.

Beləliklə, 4:1 hesablı qələbə qazanan “Sumqayıt” xallarının sayını 47-yə
yüksəldib. “Turan Tovuz” isə 42 xalda qalıb.

Qeyd edək ki, turun digər oyunları aprelin 20-21-də keçiriləcək.

09:40

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

Cixisyolu.com-ın məlumatına görə, günün yeganə matçı Tovuzda keçiriləcək.

“Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma saat 16:30-da başlayacaq.

Meydan sahibləri 42 xalla altıncı, “gənclik şəhəri” təmsilçisi 44 xalla
dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər matçları aprelin 20-21-də gerçəkləşəcək.

Source link