e93a746a-c0c7-45db-9b63-c126ebba075b..jpg

Premyer Liqa: “Turan Tovuz”dan səfər qələbəsi – VİDEO

Baxış sayı: 363 dəfə baxılıb.

Premyer Liqa: “Turan Tovuz”dan səfər qələbəsi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.

Cixisyolu.com xəbər verir ki, günün ilk matçı Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi bitib – 2:1. 49-cu dəqiqədə “Qəbələ”nin
futbolçusu Əyyub Allaş hesabı açıb. 81-ci dəqiqədə Aleks Souza bərabərlik
qolunu vurub. 90+5-ci dəqiqədə Belajdi Pusi görüşdə son nötqəni qoyub.

Sonuncu – 10-cu pillədə qərarlaşan “Qəbələ” 15 xalda qalıb. Qonaqlar hələlik
42 xalla 5-ci yerdədir.

Qeyd edək ki, günün ikinci görüşündə “Neftçi” “Araz-Naxçıvan”ı sınağa çəkəcək.
Ötən gün “Sumqayıt” – “Zirə” qarşılaşması qolsuz başa çatıb. Tura aprelin 14-də
yekun vurulacaq.

Source link