9b471d0f-0cf8-4aba-a593-ab3eaedffca9..jpg

Premyer Liqa: “Turan Tovuz”la “Qəbələ” qollu heç-heçə ediblər – VİDEO

Baxış sayı: 546 dəfə baxılıb.

Premyer Liqa: “Turan Tovuz”la “Qəbələ” qollu heç-heçə ediblər – VİDEO

Azərbaycan Premyer Liqasında VI turun oyunları davam edir.

“Report”un məlumatına görə, günün ilk matçı Tovuzda keçirilib.

Yerli “Turan Tovuz” doğma azarkeşləri önündə “Qəbələ”ni qəbul edib. Görüşün
ilk hissəsində qapılara qol vurulmayıb. Əvəzində fasilədən dərhal sonra
tovuzlular dörd dəqiqə ərzində rəqibi iki dəfə mərkəzə dəvət ediblər. 56-cı
dəqiqədə Fərid Nəbiyev, 59-cu dəqiqədə isə Belajdi Pusi adlarını tabloya
yazdırıblar.

Lakin qonaqlar təslim olmayıblar. 72-ci dəqiqədə dəqiq zərbə ilə komandasını
ümidləndirən Osama Xalayla 6 dəqiqə sonra penaltidən fərqlənərək, dubla imza
atıb və “status-kvo”nu bərpa edib.

Komandaların sonrakı cəhdləri bir nəticə verməyib, qarşılaşma 2:2 hesabı ilə
başa çatıb. Bununla “Turan Tovuz” cari mövsüm öz meydanında keçirdiyi ikinci
matçda da qələbə qazana bilməyib. Bu heç-heçə sayəsində “Turan Tovuz”
xallarının sayını 10-a, “Qəbələ” isə 4-ə çatdırıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Sumqayıt”ı, “Araz-Naxçıvan”
“Neftçi”ni 1:0, “Səbail” “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib. Tura bu gün
keçiriləcək “Qarabağ” – “Sabah” (19:30) görüşü ilə yekun vurulacaq.


Source link