b27e22b3-e679-47ee-a79d-d8e5a0ca9447.jpg

Premyer Liqa: “Zirə” “Kəpəz”i məğlub edib

Baxış sayı: 311 dəfə baxılıb.

Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda “Zirə” “Kəpəz”i məğlub
edib.

“Report”un məlumatına görə, paytaxt təmsilçisi rəqibini 3:0 hesabı ilə
üstələyib.

42-ci dəqiqədə Ceyhun Nuriyev, 51-ci dəqiqədə Rüstəm Əhmədzadə, 57-ci dəqiqədə
Davit Volkov fərqlənib.

“Qartallar” bu nəticədən sonra 15-ci xalını qazanıb və ikinci sıradakı
“Qarabağ”a çatıb. Bütün görüşlərdə uduzan “Kəpəz” sonuncu – 10-cu pillədə
qərarlaşıb.

Qeyd edək ki, günün digər qarşılaşmasında “Neftçi” “Sumqayıt”ı qəbul edəcək.
ötən gün “Araz-Naxçıvan” “Səbail”i məğlub edib – 3:2. Turun digər matçları
sentyabrın 29-da baş tutacaq.

09:09

Bu gün Azərbaycan Premyer Liqasında VIII turun ikinci oyun gününün görüşləri
keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, “Zirə” “Kəpəz”i, “Neftçi” isə “Sumqayıt”ı qəbul edəcək.

Qeyd edək ki, “Zirə” – “Kəpəz” görüşü saat 17:00-da, “Neftçi” – “Sumqayıt”
qarşılaşması isə 19:30-da start götürəcək.

28 sentyabr

Azərbaycan Premyer Liqası

“Zirə” – “Kəpəz”

Saat 17:00, Zirə Olimpiya Kompleksi

“Neftçi” – “Sumqayıt”

Saat 19:30, “Neftçi Arena”

Source link