e9e637b2-d24d-46aa-b8af-452585b8da81..jpg

Premyer Liqa: “Zirə” “Kəpəz”i məğlub edib – YENİLƏNİB + VİDEO

Baxış sayı: 557 dəfə baxılıb.

Premyer Liqa: “Zirə” “Kəpəz”i məğlub edib – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.

“Report”un məlumatına görə, günün ilk oyunu Tofiq Bəhramov adına Respublika
stadionunda keçirilib.

“Zirə” bu arenada bölgə təmsilçisi “Kəpəz”i qəbul edib. Qəsəbə komandası
ikinci hissədə vurduğu qollarla qələbə qazanıb. 60-cı dəqiqədə Salifu Suma
hesabı açıb. 17 dəqiqə sonra Qismət Alıyev penalti zərbəsini dəqiq yerinə
yetirib. Gəncəlilərin gücü Martins Juniorun 90+4-cü dəqiqədə vurduğu təsəlli
qoluna çatıb.

Beləliklə, rəqibini 2:1 hesabı ilə məğlub edən “Zirə” xallarının sayını 39-a
yüksəldib. “Kəpəz” isə 27 xalda qalıb.

Qeyd edək ki, ötən gün “Neftçi” “Səbail”i 3:0 hesabı ilə məğlub edib. Turun
“Araz-Naxçıvan” – “Qəbələ” oyunu bu gün, “Turan Tovuz” – “Qarabağ” və
“Sumqayıt” – “Sabah” görüşləri martın 17-də keçiriləcək.

10:00

Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.

Cixisyolu.com xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

İlk olaraq “Zirə” Tofiq Bəhramov adına Respublika stadionunda ev matçına
çıxacaq. Rəşad Sadıqovun kollektivi “Kəpəz”i qəbul edəcək. Hazırda qəsəbə
təmsilçisi 36 xalla 6-cı, gəncəlilər isə 27 xalla 9-cu pillədə qərarlaşıblar.

Ardından “Araz-Naxçıvan”la “Qəbələ” üz-üzə gələcəklər. Naxçıvan komandası
yuxarı pillələrdəki rəqiblərdən daha da uzaq düşməmək üçün “Liv Bona Dea
Arena”da qələbə qazanmağa çalışacaq. Azər Bağırovun kollektivi 31 xalla
8-cidir. Hesabında 15 xal olan “Qəbələ” isə çempionatın autsayderidir.

Turun açılış matçında “Neftçi” “Səbail”i böyük hesabla (3:0) məğlub edib.
Turun “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” görüşləri martın 17-də
keçiriləcək.

Premyer Liqa

XXVII tur

16 mart (şənbə)

16:00. “Zirə” – “Kəpəz”

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Elman Musayev

Tofiq Bəhramov adına Respublika stadionu

18:30. “Araz-Naxçıvan” – “Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev

VAR: Cavid Cəlilov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

“Liv Bona Dea Arena”

Source link