11fca120-59d1-4d71-9f55-e9b3b85a6352..jpg

Premyer Liqa: “Zirə” qələbə qazanaraq liderliyini davam etdirir – YENİLƏNİB

Baxış sayı: 465 dəfə baxılıb.

Premyer Liqa: “Zirə” qələbə qazanaraq liderliyini davam etdirir – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ilk matçında “Zirə” “Qəbələ”ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu
64-cü dəqiqədə penaltidən Qismət Alıyev vurub.

Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran “qartallar” liderliyini
davam etdirir. “Qəbələ” 8 xalla sonuncu – 10-cu sıradadır.

09:04

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.

İlk olaraq “Zirə” “Qəbələ”ni qəbul edəcək. “Qartallar” 24 xalla liderdir,
“qırmızı-qaralar” səkkiz xalla sonuncu – 10 pillədə qərarlaşıb.

Günün ikinci matçında “Qarabağ” “Səbail”lə üz-üzə gələcək. Ağdam təmsilçisi 23
xalla ikinci, “dənizçilər” 21 xalla dördüncü sıradadır.

16:30. “Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu

19:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (1:0),
“Sumqayıt” “Neftçi”ni (2:1), “Sabah” “Turan Tovuz”u (3:2) məğlub edib.

Source link