2c5f15e0-15cc-4d15-a58f-877f639ceb20..jpg

Premyer Liqa: “Zirə” qələbə qazanaraq liderliyini qoruyub

Baxış sayı: 541 dəfə baxılıb.

Premyer Liqa: “Zirə” qələbə qazanaraq liderliyini qoruyub

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.

“Report”un məlumatına görə, günün yeganə matçında “Zirə” “Sumqayıt”ı qəbul
edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə
qolu 45+1-ci dəqiqədə Məqsəd İsayev vurub. Komandanın digər oyunçusu Pyer Zebli
10-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

27-ci dəqiqədə isə qonaqların baş məşqçisi Samir Abasov qırmızı vərəqə gördüyü
üçün texniki zonadan uzaqlaşdırılıb.

Xallarının sayını 15-ə çatdıran “Zirə” liderliyini qoruyub. “Gənclik şəhəri”
təmsilçisi 7 xalla hələlik 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları 16-17 sentyabrda olacaq.

Source link