92bfef45-0e38-4bf3-88ea-b9d905c1fc16..jpg

Premyer Liqa: “Zirə” və “Qəbələ” hərəyə 1 xalla kifayətləniblər

Baxış sayı: 710 dəfə baxılıb.

Premyer Liqa: “Zirə” və “Qəbələ” hərəyə 1 xalla kifayətləniblər

Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

Cixisyolu.com-ın məlumatına görə, turnir cədvəlində “qonşu” olan “Zirə” və “Qəbələ”
birincilərin meydanında üz-üzə gəliblər.

UEFA Konfrans Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizədə əsas rəqib
sayılan komandaların dueli bol qollu alınıb. “Qəbələ” Rafael Utziqin erkən qolu
(2-ci dəqiqə) sayəsində hesabı açsa da, çox keçmədən ev sahibləri bərabərlik
topunu vurublar. Dmitrios Çantakias 14-cü dəqiqədə fərqlənib.

Tərəflər ikinci hissədə də hərəyə bir dəfə rəqib qapısına yol tapıblar.
Əvvəlcə Loris Broqno 57-ci dəqiqədə bakılıları önə keçirib. Ancaq matçda son
nöqtəni 77-ci dəqiqədə Felipe Santos qoyub – 2:2. Nəticədə komandalar hərəyə 1
xalla kifayətləniblər.

Hazırda “Zirə” 32 xalla turnir cədvəlinin dördüncü, “Qəbələ” isə 27 xalla
beşinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, turun açılış oyununda “Kəpəz”lə “Qarabağ” heç-heçə (1:1)
ediblər. Bu gün “Neftçi” – “Sumqayıt”, fevralın 6-da isə “Şamaxı” – “Turan
Tovuz” və “Sabah” – “Səbail” görüşləri keçiriləcək.

Source link