Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün I turunun ən yaxşı futbolçusu açıqlanıb.
Peşəkar Futbol Liqası xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimli turun oyunçusu seçilib.
Onun göstəricisi 312-yə bərabər olub. Gənc oyunçu “Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub və matçda yeganə qolu vurub.