İngiltərə Premyer Liqasının X turunun açılış matçı sensasion nəticə ilə yadda qalıb.
ÇıxışYolu.Com xəbər verir ki, “Lester” səfərdə “Sauthempton”un qapısına doqquz cavabsız qol vurub. Bu matçın 12-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Rayan Bertrandın birbaşa qırmızı vərəqə ilə qovulması darmadağında müəyyən qədər rol oynayıb.
İlk hissəsi 0:5 hesabı ilə başa çatan görüşdə Ayose Peres və Ceymi Vardi het-trik edib.
Qeyd edək ki, artıq bir dəfə İngiltərə çempionu olmaqla çoxlarını təəccübləndirmiş “Lester” 20 xalla II sıraya yüksəlib.