Premyer Liqanın 11 futbolçusu dopinqdə “ilişdi”

Baxış sayı: 2. 973 dəfə baxılıb.

Premyer Liqanın 11 futbolçusu dopinqdə “ilişdi”

İngiltərə Premyer Liqa klublarınının 11 futbolçusunda dopinq test müsbət nəticə verib.

“Lenta.ru” xəbər verir ki, nümunələr müxtəlif vaxtlarda ayrı-ayrı klublarda oynayan 16 oyunçudan götürülüb.

Böyük Britaniya Antidopinq Agentliyi (UKAD) bu nümunələrin səkkizini ötən mövsüm, altısını 2017/18, ikisini isə 2016/17 mövsümündə götürüb.

Qeyd edilib ki, bu futbolçulardan 11-i amfetamin, morfin, ritalin və triamsinolon istifadə ediblər.

Maraqlıdır ki, testləri müsbət nəticə verən oyunçular cəzalandırılmayacaqlar. İngiltərə Futbol Federasiyası (FA) hesab edir ki, bu qadağan olunmuş maddələrdən zədələnmələr zamanı müalicə vasitəsi kimi istifadə edilib.

Qeyd edək ki, Beynəlxalq Antidopinq Agentliyi (WADA) idmançılara qadağan olunmuş vasitələrdən o halda istifadə etməyə icazə verir ki, bu zaman həmin prearatın əvəzləyicisi olmasın və onsuz idmançının orqanizmi ciddi şəkildə xəsarət ala bilər.