bab9db2c-56c7-4808-8b05-8d5541547db9..jpg

Prezident: “Ərəb dövlətləri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetlərdən biridir”

Baxış sayı: 820 dəfə baxılıb.

Prezident: “Ərəb dövlətləri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici
siyasətində prioritetlərdən biridir”

“Azərbaycanla Liviya arasında çox yaxşı siyasi əlaqələr var, ikitərəfli
münasibətlərimizin inkişafı üçün geniş imkanlar mövcuddur”.

AZƏRTAC

xəbər verir ki, bu barədə Azərbaycan Prezidentiİlham Əliyev Liviya Dövləti
Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib ki, Ərəb dövlətləri ilə əlaqələrin inkişafı
Azərbaycanın xarici siyasətində prioritetlərdən biridir. Ərəb Dövlətləri
Liqasının ötən il Əlcəzairdə keçirilən Zirvə toplantısında iştirakını
məmnunluqla xatırladan Prezident İlham Əliyev bu tədbirin Azərbaycanın Ərəb
dövlətləri ilə münasibətlərin genişləndirilməsi işinə mühüm töhfə verdiyini
vurğulayıb.

Source link